Bakıda yanğın zamanı ölən ana və qızının kimliyi məlum oldu

1 Mart 2014 12:49 (UTC+04:00)
Bu gecə saat 02 radələrində Bakıın Xəzər rayonunda baş verən dəhşətli yanğın hadisəsi barədə Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Movqe.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Türkan qəsəbəsində Tərəvəz İbrahimovanın yaşadığı mənzildə yanğın baş verib.Hadisə nəticəsində 4 kvm. sahədə olan əşyalar yanıb. Yanğın söndürüldükdən sonra T.İbrahimova və qızı Samirə Abdullayevanın meyiti aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.