Xumar Qədimovaya qarşı təxribat
1 Mart 2014 14:35 (UTC+04:00)
Müğənni Xumar Qədimovanın adından İnstaqram foto-paylaşım
şəbəkəsində saxta profil yaradılıb.
Axşam.az-ın məlumatına görə, sənətçi açıqlamasında
deyib ki, o, heç bir sosial mediadan istifadə etmir:
"Bir çoxları mənə və bacıma zəng edib "İnstaqramda sən özünsənmi"
sualını verirdi. Son günlər isə bu suallar durmadan artır. Nəhayət,
qərara gəldim ki, mətbuata açıqlama verim. Mən heç bir sosial
şəbəkənin istifadəçisi deyiləm. Bir neçə il əvvəl eyni problemlə
"Facebook"da rastlaşmışdım. Bir daha demək istəyirəm ki, mən nə
"Facebook", nə də İnstaqramda yoxam. O kimdirsə mənim adımdan
istifadə edir. Mənə həmin adamı nə cür cəzalandıracağım haqda sual
verirdilər. Heç kimi cəzalandırmaq fikrim yoxdu və əksinə bu cür
hallara kənardan baxıb gülürəm. Bir sözlə qaşınmağım
tutur(gülür).."