Rusiya Federasiya Şurası ABŞ-dakı səfirin geri çağırılması ilə bağlı prezident Vladimir Putinə müraciət edib
1 Mart 2014 22:41 (UTC+04:00)
Rusiya Federasiya Şurası ABŞ-dakı səfirin geri çağırılması ilə
bağlı prezident Vladimir Putinə müraciət edib. APA-nın Moskva
müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiya
Şurasının sədri Valentina Matviyenko bildirib. Onun sözlərinə görə,
ABŞ-ın Rusiyanın ünvanına hədələyici fikirlər səsləndirməsi rus
xalqına qarşı hörmətsizlikdir: "ABŞ prezidenti bildirib ki, Rusiya
Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə hesab verməli olacaq.
Fikrimcə, bu bəyanat rus xalqına qarşı hörmətsizlikdir. Ona görə
də, Rusiya Federasiya Şurası prezident Vladimir Putinə ABŞ-dakı
səfirimizin geri çaırılması ilə bağlı müraciət edib. Qərarı Rusiya
prezidenti verəcək".Qeyd eək ki, Rusiya Federasiya Şurası Ukrayna
ərazisinə qoşun yeridilməsi ilə bağlı Vladimir Putinin müraciətinə
müsbət cavab verib. Bu haqda Federasiya Şurasının iclasında qərar
qəbul edilib.