ABŞ-ın atom aviadaşıyıcısı Aralıq dənizinə girdi
1 Mart 2014 22:54 (UTC+04:00)
ABŞ-ın atom aviadaşıyıcısı "Corc Buş" fevralın 27-dən Aralıq
dənizində döyüş növbəsindədir. movqe.az-ın məlumatına görə, bu
barədə Pentaqondan məlumat verilib."Aviadaşıyıcı plan üzrə dənizdə
təhlükəsizlik əməliyyatlarını dəstəkləyir və ABŞ hərbi-dəniz
qüvvələrinin beşinci və altıncı donanmalarının bölgədəki
öhdəliklərinə yardım edir", - deyə məlumatda bildirlir. Fevralın
ortalarında Amerikanın Virciniya ştatında yerləşən Norfolk hərbi
bazasından "Corc Buş" aviasiya daşıyıcısının rəhbərliyi altında
aviasiya zərbə qruplaşması yola çıxıb.