Sertab Erenerin evini qarət etdilər

12 İyun 2012 13:25 (UTC+04:00)
Mövqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sertab Erenerlə 15 illik həyat yoldaşı Demir Demirkan "Painted on water" adlı albomunu hazırlatmaq üçün 6 il əvvəl aldıqları Bodrumdakı evlərinin qarət olunduğunu aşkar ediblər. Oğrular onların evdə olmadığı günü seçib, evdəki qiymətli əşyaları qarət ediblər. Sertapla Demir təhlükəsizlik xidmətindən kömək istəyiblər.


E.F.N

Mövqe.Az