Obama Putini hədələdi
2 Mart 2014 08:05 (UTC+04:00)
ABŞ prezidenti Barak Obama Rusiyanın prezidenti Vladimir Putinə
zəng vurub. ANS PRESS-in xəbərinə görə, 90 dəqiqə davam edən
telefon danışığı zamanı tərəflər Ukrayna məsələsini müzakirə
ediblər. Ağ evdən verilən açıqlamaya görə, danışıq zamanı Rusiyanın
Ukraynaya istiqamətlənmiş hərbi müdaxiləsi kəskin pislənib,
əsgərlərini Krımdakı hərbi bazaya çəkərək gərginliyi azaltması üçün
çağırış edilib.
"Ukrayna beynəlxalq öhdəliklərə riayət etmək istəyini nümayiş
etdirib və bizim bu istiqamətdə çağırışlarımız davam edəcək. Əgər
bu ölkədəki ruslarla və digər etniklərlə bağlı qayğılarınız varsa
bunu həll etmənin ən uyğun yolu Ukrayna hökuməti ilə sülhməramlı
müzakirələr aparmaq, BMT Təhlükəsizlik Şurası və ya ATƏT müşahidə
missiyasını bölgəyə dəvət etməkdir. Rusiya hər iki təşkilatın üzvü
kimi bu yolu seçə bilər. Rusiya ilə Ukrayna arasında başlayacaq
dialoq prosesində ABŞ da vasitəçilik edə bilər".
Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasının
Rusiyanın beynəlxalq arenada nüfuzuna xələl gətirəcəyini deyən
Obama bildirib ki, bu təqdirdə qarşıdakı günlərdə keçiriləcək "G-8"
sammitində ABŞ-ın iştirakına şərh qoyacaq və bu da öz növbəsində
qarşı tərəfin iqtisadi izolyasiyasına gətirib çıxaracaq.
Bundan başqa ABŞ prezidenti, Ukraynada mali istiqrarın təminat
altına alnıması, islahatların dəstəklənməsi, seçkilərin uğurla
keçirilməsi, demokratiyanın təmin olunması üçün Beynəlxalq Valyuta
Fondu (IMF), partnyor ölkələr və Ukrayna ilə məsləhətləşmələrə
davam edəıcəklərini qeyd edib.