Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra
edən Aleksandr Turçinov ordunun yüksək döyüş hazırlığı vəziyyətinə
gətirilməsini əmr edib. ANS PRESS-in məlumatına görə, ölkənin
enerji infrastrukturu və digər mühüm strateji obyektləri mühafizə
altına alınıb."Rusiyanın Ukraynadakı
vətəndaşlarının təhlükə altında olması barədə irəli sürdüyü
iddiaların hamısı cəfəngiyyatdır. Biz harada yaşamağından, hansı
dildə danışmağından asılı olmayaraq bütün Ukrayna vətəndaşlarının
hamısını müdafiə edirik. Buna görə də ordunun yüksək döyüş
hazırlığı vəziyyətinə gətirilməsini əmr etdim".
Qeyd edək ki, martın 2-də Ukraynada və onun sərhədlərində yaranan vəziyyətlə bağlı Ali Radanın növbədənkənar iclası keçiriləcək.