Xarkovda iğtişaşlar zamanı xəsarət alanların sayı 110 nəfəri ötüb

2 Mart 2014 09:38 (UTC+04:00)

Xarkov vilayət administrasiyası binasının ətrafında və daxilində xəsarət alanların sayı 111-ə çatıb."İTAR-TASS"  verdiyi xəbərə görə, bu barədə şəhərin meri Gennadi Kernes bildirib.

"Yaralıların əksəriyyəti kəllə-beyin travması, göz xəsarətləri və travmatik silahdan xəsarətlər alıb. Yaralılardan birinin vəziyyəti ağırdır", deyə mer bildirib.