NATO Şurası bu gün Ukraynadakı vəziyyəti müzakirə edəcək
2 Mart 2014 10:48 (UTC+04:00)
NATO müttəfiqləri Ukraynada yaranmış mürəkkəb vəziyyətlə bağlı öz
addımlarını sıx əlaqələndirəcəklər. Movqe.az-ın "İnterfaks"a
istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Anders
Foq Rasmussen bildirib. "NATO Şurasının görüşü martın 2-də,
NATO-Ukrayna Komissiyasının yekunlarına dair keçiriləcək", deyə
Anders Foq Rasmussen "Tvitter"dəki səhifəsində bildirib. NATO
Şurasının iclasının martın 2-də, günün ikinci yarısında
keçiriləcəyini təşkilatın rəsmi nümayəndəsi Oana Lunqesku da
təsdiqləyib.Lunqesku bunun ardınca NATO-Ukrayna Komissiyasının
iclasının baş tutacağını bildirib.