Xalq artisti Nazpəri Dostəliyeva yeni fotosunu paylaşıb.Movqe.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, daim bahalı daş-qaşları, avtomobilləri ilə göz önündə olan sənətçiyə dəyərli həddiyə edilib. Pərəstişkarları tərəfindən tez-tez hədiyyə alan sənətçinin bu dəfəki sürprizi "Lamborghini" olub. Bu sizin düşündüyünüz milyon dəyərində olan avtomobil deyil, eyni markadan olan mobil telefondur.
Qeyd edək ki, bu telefonun qiyməti isə 5 min manata yaxın dəyərində qiymətləndirilir. Müğənni hədiyyəyə görə çox sevincli olduğunu vurğulayıb. İfaçı bahalı telefonun fotosunu çəkib şəxsi İnstaqram səhifəsində "Təşəkkür edirəm canım" şərhi ilə paylaşıb.