Türkiyədə “Demokratikləşmə Paketi”i qəbul edildi

2 Mart 2014 11:07 (UTC+04:00)
Türkiyə Böyük Millət Məclisi (TBMM) "Demokratikləşmə Paketi" adlı qanun layihəsini qəbul edib. Movqe.az-ın məlumatına görə, qanunda qeyd olunub ki, ölkədə keçiriləcək bütün seçki prosseslərində ilə bağlı təbliğat kompaniyaları türk dili ilə yanaşı fərqli dillərdə də aparıla biləcək. Yeni qəbul edilən Paketdə, türk vətəndaşlarının fərqli dillərdə və ləhcələrdə təhsil almaları üçün məktəblərin açılacağı da qeyd olub. İnsanların təhsil almaq hüqunun məhdudlaşdırmasına, tələbələrin yatataqxanalarda məsunlaşmalarına əngəl törədən şəxsləri 2 ildən 5 ilə qədər həbs cəzasının gözlədiyi də yeni qəbul edilən "Demokratikləşmə Paketi"ndə öz əksini tapıb. Həmçinin qanunda vətəndaşların ibadət hüquqlarının əngəllənməsinin qanundan kənar olduğu vurğulanıb. Hər hansı bir şəxsin dini inancını uğun olaraq ibadət etməsinə maneə olmaq istəyənlər barəsinədə 1 ildən 3 ilə qədər həbs cəzası nəzərdən tutulub. Yeni qanunlar pakentində qeyd olunub ki, dil, irq, milliyət, rəng, cinsiyyət, siyasi düşüncə, fəlsəfi inanç, din və ya məzhəbinə görə fərqlənən insanlara nifrət məqsədi ilə, daşınar və daşınma əmlakın satılması, onlara müxtəlif ictimai xidmətlərin göstərilməsi, həmin şəxslərin işə götürülməsinə maneə olan şəxsləri 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir.