Movqe.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama və vitse
prezident Cou Bayden Ağ Evdə qaçaraq dövrə vurublar. Obama bunu
həyat yoldaşının kampaniyasına dəstək məqsədilə edib.Amerikanın
birinci xanımı Mişel Obama piylənməyə qarşı 2010-cu ildən geniş
kampaniyalara başlayıb. "Gəlin hərəkət edək" (Let`s move) şüarı
altında keçirilən kampaniyanın artıq 4 yaşı tamam olur.
Bir müddət əvvəl Mişel Obama Amerika xalqından idman etdikləri
anları videoya çəkib sosial şəbəkələrdə paylaşmağı xahiş etmişdi.
Əgər kifayət qədər video toplanarsa o, prezident Barak Obamanın da
idman hərəkətlərinin videosunun nümayiş etdiriləcəyinə söz
vermişdi.
Mişel Obamanın bu çağırışına uşaqlar, ictimai birliklər,
idmançıları və hətta müğənnilər də qoşulub. Yüzlərlə videonun
paylaşımından sonra kampaniyaya prezidentin də videosu əlavə
olunub. Kadrlarda Barak Obama və Bayden ağ evdə qaçaraq dövrə
vurur. Bir müddət qaçdıqdan sonra onlar divara söykənərək idman
hərəkərləri də edirlər. Sonda isə yorulan prezident və Bayden su
içir.