Bakıda "McDonald`s" yeməyindən görün nə çıxdı - FOTO
2 Mart 2014 14:42 (UTC+04:00)
Movqe.az xəbər verir ki ,Bakıda "McDonald`s" restoranında salatdan
qurd çıxıb. Başına gələn hadisəni Facebook-da istifadəçilərdən biri
paylaşıb. Onun yazdığına görə, bu gün saat 11-12 radələrində
"McDonald`s"da "Sezar" salatı sifariş verib:
"İştahla yediyim vaxt gözümə qurd sataşdı. İnzibatçının açıqlaması
çox maraqlı oldu: "Gedin şikayət edin, görək kim bizə neyləyə
bilər"".
Facebook istifadəçisi salatın içindən çıxan qurdun fotosunu da
paylaşıb.