Ərdoğan Rza Zərrabın azadlığından danışdı
2 Mart 2014 14:54 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib
Ərdoğanhəbsdən şərti azadlığa buraxılan Azərbaycan əsilli
iş adamıRza Zərrabın haqqında danışıb. R.T.Ərdoğan
Rza Zərrabın məhkəmə prosesinin davam etdiyini deyib:
"Rza Zərrabı təxliyyə etdilər. Amma onun məhkəmə prosesi hələ davam
edir. O, sadəcə məhbus kimi qalmadı. Onun təxliyyəsinə baxmayaraq
proses hələ davam edir. Barəsində olan Xüsusi Təyinatlı Məhkəmə
qərarı ləğv edildi".
Ərdoğan barəsində yayılan gizli telefon danışıqlarının montaj
olması xəbərlərinə də aydınlıq gətirib. O, qeyd edib,
oğluBilal Ərdoğanla aralarında keçən gizli telefon
danışıqlarına görə məhkəməyə müraciət edəcək: "Bizimkilərin indiki
halını 10 il əvvəlcədən aşkar etsəydik, təbii ki, davranışım başqa
olardı. Hazırda vəkillərlə bu istiqamətdə iş aparılır. Dinləmələrdə
iştirak edən hakimləri məhkəməyə verəcəm. Mənim fikrimcə,
dinlənilən hər kəs məhkəməyə müraciət etməlidir".