Rusiya “Böyük səkkizlik“dən çıxarılacaq

2 Mart 2014 20:14 (UTC+04:00)
Rusiya "Böyük səkkizlik"dən çıxarıla bilər. Bu barədə Fransanın xaric işlər naziri Loran Fabius yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, böyük ehtimalla, Rusiyanı tezliklə bu formatdan çıxaracaqlar, çünki o təşkilatın prinsiplərini pozub. "Biz Rusiyanın hərbi müdaxiləsini pisləyirik" - deyə o bəyan edib. Fransa xarici işlər naziri ABŞ və Kanada kimi ölkəsinin Soçidə keçiriləcək G8 sammitinə hazırlığı dayandırdığını bildirib. Loran Fabius Ukraynanı siyasi böhrandan xilas etmək üçün Rusiyanı vasitəçilərə yardım etməyə çağırıb. "Rusiya bizim ənənəvi dostumuzdur. Biz istəyirik ki, o silahlı təhdiddən əl çəksin"- deyə Fabius əlavə edib.(APA TV)