Rusiyada ukraynalılara dəstək aksiyası keçirilir
2 Mart 2014 20:30 (UTC+04:00)
Rusiyanın paytaxtı Moskvada və Sankt-Peterburq şəhərində ölkənin
Ukraynaya hərbi müdaxiləsinə qarşı etiraz aksiyaları
keçirilib.Moskvada Manejnaya meydanında keçirilən aksiyaya yüzlərlə
adam qatılıb. Bir neçə nəfərin saxlandığı bildirilir. Dünən Müdafiə
Nazirliyinin binası önündə keçirilən aksiya zamanı isə 50-yə yaxın
adam saxlanılmışdı. Movqe.az BBC Russian-a istinadən xəbər verir
ki, Sankt-Peterburqda isə hərbi müdaxiləyə qarşı nümayişdə 500-ə
yaxın adam iştirak edib. Burada 20 nəfərin saxlanıldığı xəbər
verilir. Eyni zamanda, Sankt-Peterburqda "Vahid Rusiya"
partiyasının yerli şöbəsi Rusiya Federasiya Şurasının qərarına
dəstək aksiyası keçirib. Aksiya zamanı Federasiya Şurasının Rusiya
prezidenti Vladimir Putinə Ukraynada Rusiya qoşunlarından istifadə
etmək hüququ verən qərarına dəstək şüarları səsləndirilib. Həmin
aksiyada 15 minə yaxın adamın iştirak etdiyi bildirilir.