Obama İsraili xəbərdar etdi

3 Mart 2014 14:35 (UTC+04:00)

ABŞ prezidenti Obama , İsrail - Fələstin sülh müzakirələrində Netanyahunu zamanı yaxşı qiymətləndirməsi mövzusunda xəbərdar edib.


ABŞ prezidenti Barak Obama , İsrail Baş naziri Benyamin Netanyahunun İsrail və Fələstin arasındakı sülh danışıqlarında zamanı yaxşı qiymətləndirməsi lazım olduğunu deyib. 


ABŞ xarici işlər naziri Con Kerri, keçən həftə etdiyi şərhdə, İsrail və Fələstin arasında əldə olunacaq son bir razılığn doqquz ay əlavə vaxta ehtiyac duyduğunu söyləmişdi. 


İsrail ilə Fələstin arasındakı sülh müzakirələri, İsrailin Qərbi Şəriyə və Qüdsdəki məskunlaşma fəaliyyətlərini dayandırmağı rədd etməsi ilə 2010-cu ilin oktyabr ayında kəsilmiş, müzakirələr daha sonra ABŞ-ın vasitəsilə keçən iyulda yenidən başlamışdı.