Ən yaxşı xarici film seçildi

3 Mart 2014 17:30 (UTC+04:00)

"The Great Beauty" filmi 86-cı Oskar film mükafatlarında ən yaxşı xarici film nominasiyasına layiq görülüb. Bu haqda Movqe.az "The guardian"a istinad edir. Film 1998-ci ildə çəkilən "Life is beautiful"  filmindən sonra ən yaxşı italyan filmi seçilib. Rejissorluğunu Paolo Sorrentinonun etdiyi, baş rolunu Toni Servillonun etdiyi filmdə roman cəmiyyətində baş verən hadisələrdən danışılır. Film ən yaxşı əcnəbi film kimi Bafta və Qızıl Kürə mükafatlarına da layiq görülüb. Akademik Mükafatlar Ellen DeGeneresin ev sahibliyi etdiyi Los Ancelesdəki Dolbi teatrında sahiblərinə təqdim edilib.