Hüseyndən Rozaya sərt sözlər: “Ona hörmətim azaldı”

3 Mart 2014 18:30 (UTC+04:00)

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu müğənni Roza Zərgərlinin ünvanına sərt sözlər deyib.


Axşam.az-ın məlumatına görə, buna səbəb Rozanın açıq-saçıq klipi olub. İfaçı məsələ ilə bağlı "Xəzər" telekanalında yayımlanan "Star life" verilişinə açıqlama verib: 


"Mən belə açıq-saçıqlığı bəyənmirəm. Əgər tamaşaçıları təəccübləndirmək istəyirsənsə, onda sənət göstər. Bu cür şeylərə əl atma. Buna görə ola bilsin ki, Rozaya qarşı hörmətim azalsın. Düzdür, dostluğumuza təsir etməz, amma aramızda soyuqluq yaranar". 


Roza Zərgərli Hüseynə belə cavab verib: 


"Hüseyn, sənə demişəm ki, məni çox əsəbiləşdirmə. Sən get "İstanbul qızı"nı klarnetdə ifa et, diskə yazdır, gətir mənə. Ondan sonra danışarıq".