"ŞEYX İBADIN MƏŞƏQQƏTLİ GUNLƏRİ..." (Sənədli povest)

3 Mart 2014 11:00 (UTC+04:00)

YENİ NƏŞR TARİXİ MƏQAMLARI YADA SALIR...


Ümumrusiya Azərbaycanlıları K onqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROVUN verdiyi xəbərə görə, bu yaxınlarda HACI UMUDƏLİ HUSEYNOVUN "ŞEYX İBADIN MƏŞƏQQƏTLİ GUNLƏRİ..." (Sənədli povest) adlı kitabı oxuculara çatdırılmışdır.


Qeyd edək ki, bu sənədli povest Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olmuş ruhani Şeyx İbadın muqəddəs və unudulmaz xatirəsinə ithaf olunur. 


Sənədli xatirələr əsasında qələmə alınmış, Hacı Umudəli HUSEYNOVUN muəllifi olduğu bu kitab geniş oxucu kutləsi ucun nəzərdə tutulmuşdur. Kitabda həmçinin müllıfin özünün müxtəlıf illərdə yazdığı şeirlər də toplanmışdır. Kitabın müəllıfi Hacı Umudəli HUSEYNOV 20 may 1938 - ci ildə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olmuşdur.

1962-67-ci Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının baytarlıq fakültəsini bitirmişdir.

Müxtəlif illərdə Masallı rayonunun baş baytar həkimi, partiya, sovet və yerli icra hakimiyyəti orqanlarında rəhbər vəzifələrdə işləmişdir.

Yeni kitab 212 səhıfədən ibarətdir.


Hacı Umudəli Hüseynov "ŞEYX İBADIN MƏŞƏQQƏTLİ GÜNLƏRİ..." (Sənədli povest) kitabının redaktoru Azərbaycan Jurnalistlər Birliyinin uzvu, "Qızıl Qələm" media mukafatı laureatı İbrahim Şukurov, rəycilər isə RF Murmansk Vilayəti İctimai Palatasının uzvu və ərazi "Umumrusiya Azərbaycan Konqresi"nin sədri Afil Huseynov və RF "Umumrusiya Azərbaycan Konqresi"nin Murmansk ərazi bolməsinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqının uzvu, "Qızıl Qələm" və "Ustad Sənətkar" mukafatları laureatı Əlihuseyn Şukurovdur.


Qeyd edək ki, Hacı Umudəli HUSEYNOVUN "Şeyx İbadın məşəqqətli gunləri..." adlı bu sənədli povest Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olmuş ruhani Şeyx İbadın muqəddəs və unudulmaz xatirəsinə ithaf olunur. 


Sovet donəmində, İslama qarşı səlib yuruşu olan bir vaxtda bədnam qonşularımız da fəal olmuşlar. Hə­min dovrdə gorkəmli ziyalılarımıza, din xadim­lə­ri­mi­zə qarşı aparılan repressiya və onun qur­ban­la­rın­dan biri də boyuk din alimi İbad Kərbəlayi Əziz oğlu ol­muş­­dur. Şeyx İbad atamın dayısı olduğundan onun haq­qın­da ba­­bamdan, nənəmdən, anamdan və dayılarımdan cox soz-soh­­bət­lər eşitmişəm.

Şeyx İbad haqqında nəinki doğma - doğulduğu Ma­sal­lı ra­yo­nundakı Birinci Yeddioymaq kəndində, hətta ondan uzaq­lar­da da yaşlı nəsil hormətlə söz salır, onun­la olan göruş­lə­ri­ni, xatirələrini danışırlar.


"Hec ağlıma belə gəlməzdi ki, bir zamanlar mənim bu bo­­yuk din alimi haqqında nə isə yazmaq, onu gənc nəsil­lə­rə tanıtmaq imkanım olacaqdır.

Cox şukurlər olsun Allaha ki, mən bu arzuma qo­vuşdum..." - 

deyə müəllif söz salır.

Müəllif yazır ki, bir gun şəxsi kitabxanamı səliqəyə salarkən cənublu jur­­­nalist Hacı Etibar Əhədovun "Kəbənin nurunda" kitabı əli­­­mə kecdi. Uz qabığını cevirəndə Ulu Ondərimiz, dunya şoh­­­rət­li ictimai-siyasi xadim, xalqımızın xilaskarı, yeni Azər­­bay­can dovlətinin yaradıcısı və qurucusu, mərhum pre­zi­­de­n­ti­miz (qəbri nurla dolsun) Heydər Əliyevin Qafqaz mu­səl­man­larının ali dini rəhbəri Şeyxulislam Hacı Alla­h­şu­kur Paşa­­zadə ilə birgə şəklini gordum və H.Əliyev cə­nab­la­rı­nın 1994- cu ildə Mədinə şəhərində olarkən etdiyi cı­xış­dan bir mə­qam diqqətimi cəlb etdi.

Ulu Ondərimiz Kəbənin ziyarəti zamanı demişdir ki, mu­­­qəd­­dəs İslam abidələrini ziyarət edərkən dinimizin elmi, fəl­sə­fi dəyərliyini hiss edirsən və bu dini yaradanlara əsr­lər boyu belə abidələr yaradıb bugunku nəsillərə catdı­ran­la­ra səcdə edirsən.

Bizim mənsub olduğumuz din qudrətlidir, boyukdur, dun­­yada oz yerini tutub. Burada yaradılmış abidələr İslam di­ni­­nin butun digər vasitələri, yəni muqəddəs kitabımız Qu­rani Şərif Həzrəti Məhəmməd Peyğəmbərin qoyduğu yol ilə bəra­bər dinimizi yaşadacaqlar. Bu muqəddəs yerləri - Mək­­kə­ni, Kəbəni və Həzrəti Məhəmməd Peyğəmbərin məq­­bə­rə­si­ni ziyarət edərkən indiki nəsillər və Peyğəmbərin qoy­­duğu yol­la gedən şəxslərin fəaliyyətinə yuksək qiymət ve­rirəm.

Ulu Ondərimizin İslam dinini yaradanlara və onun ca­nı, qanı hesabına qoruyub bu gunumuzə catdıranlara ver­di­yi yuksək qiymət, islami dəyərlərə bələd olan bir dovlət xa­­dimi, eyni zamanda butov bir şəxsiyyət kimi onun bo­yuk­luyundən xəbər verir.

Azərbaycan Prezidenti Heydər Əliyevin Səudiyyə Ərə­bis­ta­­nı­na - muqəddəs Məkkə və Mədinə şəhərlərinə ziyarətdən son­ra Bakıda Təzəpir Məscidində din xadimləri ilə goruşdə cı­xı­şında (29 iyul 1994-cu il) demişdir ki, hormətli qardaşlar, hor­mətli həmvətənlər.

Sizin hamınızı və sizin simanızda islam dininə etiqad edənləri, butun azərbaycanlıları, musəlmanları səmimi qəlbdən salamlayır, hər birinizə, mustəqil Azərbaycanımıza bu ağır dovrdə dozum, dəyanət arzulayıram. Sizin hamınıza həyatda səadət və xoşbəxtlik diləyirəm.

Mətbuat, televiziya və digər informasiya orqanları vasitəsilə sizə məlumdur ki, mən Səudiyyə Ərəbistanının məliki, iki mu­qəd­dəs şəhərin xadimi Fəhd ibn Əbdul Əziz əl-Səud cənab­la­rının dəvəti ilə bu olkədə rəsmi səfərdə olmuşam və həmin olkə­dəki muqəddəs yerləri ziyarət etmişəm, respublikamız ucun cox əhəmiyyətli olan danışıqlar aparmışam. Musəlman alə­min­də, ərəb dunyasında, umumən dunyada gorkəmli yer tutan Səudiy­yə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələr yaran­ması ucun lazımi işlər gormuşəm.

Azərbaycan Respublikası oz mustəqilliyinin ilk addımlarını atır. Respublikamız oz mustəqilliyini tam mohkəmləndirmək və gələcəkdə də oz mustəqilliyinin sahibi olmaq ucun dunya dovlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa calışır. Bilir­siniz ki, Azərbaycanın prezidenti kimi bu, mənim xarici siya­sətimin əsas istiqamətidir. Bu baxımdan Səudiyyə Ərə­bis­ta­nı məlikinin, iki muqəddəs şəhərin xadiminin məni bu olkəyə rəs­mi səfərə dəvət etməsini məmnuniyyətlə qəbul etdim və hə­min səfəri, ziyarəti həyata kecirdim.

Bu səfərim başqa olkələrə səfərlərimdən xeyli fərqlənir. Fərq ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı dunya birliyində ozu­nəlayiq nufuzlu yer tutur, bu olkənin islam aləmində gor­kəm­li yeri var, dunya siyasətinə təsiri boyukdur. Azərbaycanın be­lə bir dovlətlə əməkdaşlıq etməsi, həm siyasi, iqtisadi sahə­lər­də, həm də elm, mədəniyyət sahəsində əlaqələr qurması respub­lika­mızın beynəlxalq aləmdə movqeyinin mohkəm­lən­mə­sində boyuk əhəmiyyətə malikdir.

Bu səfəri fərqləndirən digər cəhət ondan ibarətdir ki, həmin olkədə musəlmanların muqəddəs ziyarətgahları yerləşir: Mək­kə, Kəbə, Mədinə, Həzrəti Məhəmməd Peyğəmbərin qəbri və məscidi hər bir musəlman ucun olduqca əziz və muqəddəsdir. Bu muqəddəs yerlərdə Azərbaycanın bu gunu və gələcəyi haq­qında arzuları bəyan etmək, indiki ağır dovrdə Allahdan xalqımıza rəhm və komək diləmək mənim ucun boyuk şərəf idi.

Səfər cox səmərəli olmuş və onun ən boyuk nəticəsi budur ki, Azərbaycan dovləti ilə Səudiyyə Ərəbistanı kimi nufuzlu bir olkə arasında, habelə Səudiyyə Ərəbistanının məliki ilə Azərbaycan prezidenti arasında cox yaxşı əlaqələr yaranmışdır. Biz calışacağıq ki, bu əlaqələri genişləndirək, inkişaf etdirək. Əminəm ki, bu əlaqələr gələcəkdə Azərbaycan Respublikası iqtisadiyyatının, mədəniyyətinin inkişafı ucun cox səmərəli, əhəmiyyətli olacaqdır.

Səfərin əhəmiyyəti bir də ondan ibarətdir ki, mən və məni mu­şayiət edən şəxslər musəlmanların muqəddəs yerlərini ziya­rət etdik. Mən Məkkədə, Kəbənin onundə musahibə verərkən de­mişdim və bunu bir daha təkrar edirəm ki, muqəddəs yerləri ziya­rət etmək, ozumu o yerlərlə bağlamaq mənim illərlə, on illər­lə urəyimdə gəzdirdiyim ən boyuk arzum idi. Ona gorə də bu ziyarət mənin ucun cox boyuk əhəmiyyət kəsb edir.

Biz Məkkədə musəlmanların ən muqəddəs yerlərini ziyarət edə bildik. Məkkə şəhəri ozu muqəddəs bir yerdir. Bilirsiniz ki, Mək­kənin girəcəyinə hələ 50 kilometr qalmış mohkəm yoxlanış mən­­təqələri var və qeyri-musəlman şəxs bu şəhərə daxil ola bil­məz.

Kəbəni gormək, muqəddəs Qara Daşı opmək, ona toxun­maq, onu ziyarət etmək, Kəbənin icərisinə daxil olmaq, orada na­maz qılmaq, dua etmək mənə nəsib oldu.

Muqəddəs adət-ənənələrə gorə biz Kəbənin ətrafına dolan­dıq, iki dağ arasında olan məsafəni qət etdik. Biz ziyarətin əsrlər­dən-əsrlərə kecən butun qaydalarına riayət etdik. Əlbəttə, bu, məcburi deyil. Lakin bu, şəxsən mənim illərlə qəlbimdə yaşatdığım arzular idi. Bu arzular həm o yerləri gorməkdən, həm də adət-ənənələrə uyğun olaraq ibadət etməkdən ibarət idi. Cox xoşbəxtəm ki, bunların hamısı mənə nəsib oldu. Mən orada nazam qıldım, dua etdim, qəlbimdə olan arzularımı bəyan etdim.

Bildiyiniz kimi, Mədinə şəhərində də olmaq, oranı ziyarət etmək hər bir musəlman ucun muqəddəs bir işdir. Mən Mədinədə Həzrəti Məhəmməd Peyğəmbərin qəbrini ziyarət etdim. Peyğəmbərin namaz qıldığı minbərin pilləsində oturub, Quranı opub gozumə, alnıma basdım. Mədinədəki butun ziyarət yerlərini ziyarət etdim.

Orada muxbirlər hansı hisslər kecirdiyimi, urəyimdə hansı arzular olduğunu məndən tez-tez soruşurdular. O zaman da demişdim, sizin qarşınızda da deyirəm ki, mən orada indiyə qədərki həyatımda ən yuksək mənəvi hisslər kecirdim, qəlbim sevindi, ruhum şadlandı. Cunki mən anadan musəlman kimi doğulmuşam, musəlman kimi yaşamışam. Nəhayət, musəlman ucun muqəddəs olan bu yerləri ziyarət etmək mənim ən boyuk arzum idi. İndi bu arzuma, bu niyyətimə catmışam.

Orada dua edərkən Allahdan bir arzum olmuşdur ki, Azər­bay­canın mustəqilliyini daim etsin, respublikamızı bugunku bəla­lardan xilas etsin. Azərbaycanın ərazi butovluyunu təmin et­mək ucun bizə yardımını əsirgəməsin, Azərbaycanın sərhəd­lərinin toxunulmazlığını daim təmin etməkdə həmişə bizə ko­məkci olsun, Azərbaycanın muharibə vəziyyətindən cıxması, mu­haribəyə son qoyulması ucun həyata kecirdiyimiz tədbirlərin mu­vəffəqiyyətlə başa catmasına komək etsin.

Bilirsiniz ki, indi respublikamız ağır vəziyyətdədir, insan­la­rı­mızın həyat şəraiti cətindir, ağırdır. Ancaq Azərbaycanın iqtisa­di, elmi, mədəni, mənəvi potensialı cox boyukdur. Azər­bay­can bu muharibədən, Ermənistan silahlı quvvələrinin təca­vu­zun­dən xilas ola bilsə, oz ərazilərinin tam sahibi ola bilsə, sər­həd­lərinin tam hakimi ola bilsə, xalqımızın yaşayış tərzi qısa muddətdə xeyli dəyişəcəkdir. Əminəm ki, Azərbaycan xalqı oz mustəqil dovlətində, olkəsində maddi və mənəvi mənbələrindən bəhrələnərək firavan və xoşbəxt yaşayacaqdır. Mən həmin məqsədlərə catmaq ucun bu muqəddəs yerlərdə dua etdim, oz arzularımı bildirdim.

O muqəddəs yerlərdə arzularımdan biri də bu oldu ki, və­tən, torpaq yolunda, Azərbaycanın mustəqilliyi yolunda şəhid olan­lara Allah bir daha rəhmət eləsin (Yerdən səslər: Amin). Bir arzum da bu oldu ki, şəhidlərin ailələrinə, qohum-əqrə­ba­sına Allah səbr versin, onlara bundan sonra da edəcəyimiz ko­mə­yin daha cox olmasına şərait yaratsın. (Yerdən səslər: Amin). Mənim Allahdan arzum, diləyim bu oldu ki, vətən yolun­da yaralanmış, xəsarət almış, əlil olmuş adamların sağal­ma­sına komək etsin, onların gələcəkdə sağlam yaşamasının təmin olunmasına yardım etsin (Yerdən səslər: Amin). Mən o muqəddəs yerlərdə Allah-təaladan arzu etdim ki, Azərbaycan xalqını hifz etsin, xalqımızın bundan sonra hec vaxt hec bir bəlaya ducar olmasına yol verməsin (Yerdən səslər: Amin). Azərbaycan xalqı oz olkəsində, oz mustəqil dovlətində daim şən və firavan yaşaya bilsin (Yerdən səslər: Amin). Guman edirəm ki, əməlisaleh olduğumuza gorə bizim bu dualarımız, arzularımız qəbul olunacaq (Yerdən səslər: İnşallah) və guman edirəm ki, biz hamımız birlikdə Azərbaycanın bu ağır vəziyyətdən cıxmasına calışacağıq (Yerdən səslər: İnşallah).

Mən muqəddəs yerləri ziyarətdən bir necə gun bundan qa­baq qayıtmışam. İş yerimdən kənara ilk addımım buraya - Tə­zə­pir məscidində olub. Ziyarətdə də biz Allahın birinci evində, mu­səlmanların evi Kəbədə, Məkkədə, Mədinədə olmuşuq. Res­pub­likamızda da mən ilk addımı Allah evinə, məscidə atmışam, sizin qarşınızda cıxış edirəm. Bir sizin qarşınızda yox, butun Azərbaycan xalqı qarşısında oz fikirlərimi deyirəm.

Belə bir şəraitdə, dovrdə bu duyğularla, hisslərlə yaşa­ma­lıyıq. Bu ağır vəziyyətdən cıxmaq ucun xalqımıza dozum, də­yanət lazımdır. Mən bunu Allahdan arzu etmişəm. İndi uzumu sizə, xalqa tutub muraciət edirəm: Xalqımız dozumlu, də­ya­nət­li, cəsarətli olsun ki, biz duşmənin təcavuzunun qarşısını ala bilək.

Bizim siyasətimiz sulhsevər siyasətidir. Muharibəyə son qoy­maq istəyirik, muharibəni sulhlə qurtarmaq istəyirik. Ancaq sulh ədalətli olmalıdır. Ədalət də ondan ibarətdir ki, Azər­bay­ca­nın işğal olunmuş butun ərazisi Ermənistan təcavuzkarlarından azad edilməli, Azərbaycan xalqı butun ərazisinin hakimi olma­lıdır, Azərbaycan Respublikasının sərhədləri toxunulmaz olmalıdır. Biz bu şərtlər əsasında sulh danışıqları aparırıq, məsələnin sulh yolu ilə başa catdırılmasına calışırıq. Guman edirəm ki, biz buna nail olacağıq (Yerdən səslər: Amin).

Biz mustəqil dovlətik. Mustəqil dovlətin ozunəməxsus qudrəti olmalıdır. Bu qudrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir. Bizim guclu ordumuz olmalıdır. Guclu ordu ona gorə lazımdır ki, biz sulh danışıqlarını cəsarətlə apara bilək. Qudrətli ordumuz olmalıdır ki, biz ərazimizin təhlukəsizliyini daim qoruya bilək, oz torpaqlarımızı, olkəmizi mudafiə edək. Bizim qudrətli, mohkəm ordumuz olmalıdır, ona gorə ki, mustəqil Azərbaycan dovləti daim qudrətli olsun. O muqəddəs yerlərdə mənim Allahdan arzum bu olub ki, mustəqil Azərbaycan dovlətinin qudrətini daha da artırsın (Yerdən səslər: Amin). Biz bu işə butun səylərimizi qoymuşuq və qoyacağıq. Ancaq bizə ilahinin gucu lazımdır. Guman edirəm ki, bizdə bu guc olacaqdır. Allah ordumuzu gucləndirsin, onun qudrətini artırsın (Yerdən səslər: Amin).

Bu gun bu muqəddəs Allah evindən ordumuza, əsgərlə­ri­mi­zə, zabitlərimizə muraciət edirəm və əmin olduğumu bildirmək istə­yirəm ki, onlar Azərbaycanın mustəqilliyinin, ərazi butov­luyunun keşiyində daim cəsarətlə duracaq və mustəqil dov­lətimizin qudrətini daha da gucləndirəcək, artıracaqlar (Yerdən səslər: Amin). Mustəqilliyimizi daimi etmək, ərazilərimizi butun təcavuzlərdən - bugunku və gələcək təcavuzlərdən qorumaq ucun cəmiyyətimizə, xalqımıza, olkəmizə milli birlik, mənəvi həmrəylik, vətəndaş həmrəyliyi lazımdır.

Olkəmiz demokratiya yolu ilə gedir. Mən bunu Səudiyyə Ərəbistanında da bəyan etmişəm. Olkəmiz butun dunya ucun acıqdır. Bizim dovlətimiz, olkəmiz oz milli, mənəvi, dini dayaqları uzərində qurulub və bundan sonra da yaşayacaqdır. Amma bunların hamısını təmin etmək ucun gərək hər bir vətəndaşımız oz vətəndaşlıq borcunu yerinə yetirsin, oz vətəndaşlıq məsuliyyətini dərk etsin. Əgər hər bir vətəndaş, hər bir azərbaycanlı dərk edə bilsə ki, mustəqil Azərbaycanın yaşaması, qalib gəlməsi və gələcəyə uğurla getməsi onun kicik fəaliyyətindən də asılıdır, o bunu edəcəkdir. Sizin də, bizim də borcumuz ondan ibarətdir ki, hər bir vətəndaşı - gəncləri də, yaşlı adamları da, sizin kimi mudrik ağsaqqalları da, dindarları da - hamını agah edək ki, bu ağır dovrumuzdə hər bir vətən­da­şın, hər bir azərbaycanlının movqeyindən, fəaliyyətindən, cə­miy­yətə gostərdiyi xidmətdən dovlətimizin, cəmiyyətimizin mu­qəddəratı, bu gunu və gələcəyi asılıdır.

Son illər respublikamızda curbəcur qarışıqlıqlar olur. Bun­la­ra son qoymaq lazımdır. Ayrı-ayrı quvvələrdən biri ordan ha­ki­miyyətə gəlmək istəyir, biri burdan muxalifətdə durur. Kim mu­xalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənə­viy­ya­tına, məsləkinə muxalifətdə durmasın. Ayrı-ayrı adamlar, qruplar oz şəxsi, bəzən də cirkin niyyətlərinə, məqsədlərinə nail ol­maq ucun Vətənimizi də, torpağımızı da, mənəviyyatımızı da qur­ban verməyə calışırlar və qurban verməyə hazırdırlar. Be­lə­lə­ri bizim icərimizdə yaşamamalıdır. Biz belələrini ifşa et­mə­liyik.

Respublikamızda son illər gedən proseslər curbəcur zid­diy­yət­lər yaradır. Bəzi adamlarda bir-birinə qarşı kin-kudurət, əda­vət, qisascılıq hissləri yaranıb. Bunların hamısını kənara qoy­maq lazımdır. Allah da belə buyurub, Qurani-Kərim də bunu biz­­dən tələb edir. Dinimizin əsasını qoyan və mənim bu gun­lərdə məbədini ziyarət etdiyim Həzrəti Məhəmməd peyğəmbər də bizə bu yolu gostərir. Ona gorə də mən həm sizə, butun dindarlara, həm də butun azərbaycanlılara muraciət edirəm. O muqəddəs yerləri ziyarət edəndən sonra bir daha mənəvi cəhətdən ozumu huquqlu hesab edərək xalqa muraciət edirəm ki, xalq birləşsin. Cəmiyyətimizdə, xalqımızın işində olan, olkəmizin bu gununə, gələcəyinə zərər vuran adamlar kənara cəkilsinlər, onlara yol verilməsin.

Biz nə qədər bir olsaq, bir-birimizin əllərindən nə qədər moh­kəm tutsaq, bir-birimizə nə qədər yaxın olsaq, mustəqil Azər­baycanın yaşamasına o qədər cox nail olacaq, xalqımız onun başına gələn bugunku bəlalardan xilas olacaq, torpaq­la­rı­mız Ermənistanın işğalından azad olacaq, Azərbaycanda əsr­lər­dən-əsrlərə kecmiş milli, mənəvi dəyərlərimiz mohkəmlənəcək, da­ha dərin kok salacaq, inkişaf edəcək və Azərbaycan xalqı dun­ya xalqları icərisində ləyaqətli səviyyəyə qalxacaqdır.

İnsan hər bir səfərdən, ziyarətdən qayıdarkən bir tohfə gə­tirir. Oradan gələn ən boyuk tohfə mənə verilmiş Qurani-Kə­rim­dir. Xoşbəxtəm ki, orada mənə Qurani-Kərimin cox nus­xə­lə­rini bağışladılar. Mən bunları gətirmişəm və şeyxulislama təq­dim edirəm ki, Azərbaycanın məscidlərinə paylasın. Gə­tir­di­yim bu Quranı və cox gozəl səslə oxunan Quran ayəsi ya­zılmış kas­setləri şəxsən Təzəpir məscidinə hədiyyə edirəm. Yəni mu­qəd­dəs yerdə mənə verilmiş bu hədiyyələri gətirib buraya catdır­mağı ozumə borc bilirəm. Mən oradan, muqəddəs Kəbə­nin muqəddəs "Zəmzəm" suyundan da bir qədər gətirmişəm, onu da Təzəpir məscidinə verirəm. Guman edirəm ki, bu gun Təzəpir məscidinə toplaşanlar mənim Kəbədən, Məkkədən gətirdiyim "Zəmzəm" suyundan istifadə edəcəklər.

Səfərimizin bir cəhəti də ondan ibarətdir ki, Səudiyyə Ərəbistanının məliki, iki muqəddəs şəhərin xadimi Fəhd ibn Əbdul Əziz Əl-Səud cənabları mənim ucun və məni muşayiət edən şəxslər ucun şərait yaratdı ki, butun yerlərdə televiziya, foto cəkilişi aparılsın. Son gunlər siz o əzəmətli, mohtəşəm məscidləri, məbədləri, gozəl sarayları televiziyada gordunuz. Gordunuz ki, Səudiyyə Ərəbistanında musəlman dinini qoruyan muqəddəs adamlar, o cumlədən Səudiyyə Ərəbistanının indiki məliki, iki muqəddəs şəhərin xadimi Fəhd ibn Əbdul Əziz Əl-Səud son illərdə Kəbənin ətrafında, Həzrəti Məhəmməd pey­ğəmbərin qəbrinin ətrafında olan məscidləri nə qədər geniş­lən­dirib, tikinti işləri aparıb, gozəlləşdiriblər, ziyarətə, Həccə gedənlər, musəlmanlar ucun nə qədər gozəl şərait yaradıblar. Siz bunların hamısını televiziyada gordunuz və mən belə hesab edirəm ki, bu da səfərimizin Azərbaycan musəlmanları ucun nəticələrindən biridir.

Mən bir daha sizi salamlayıram, hamınıza səadət, xoş­bəxt­lik arzulayıram. Bu gun buraya gəldiyimə, sizinlə goruşduyumə go­rə ozumu cox məmnun hiss edirəm. Cox sağ olun. Təşəkkur edi­rəm.


"ŞEYX İBADIN MƏŞƏQQƏTLİ GUNLƏRİ..." (Sənədli povest)  kitabı sənədli xatirələr əsasında qələmə alınmışdır.

Hacı Umudəli HUSEYNOVUN muəllifi olduğu bu kitab geniş oxucu kutləsi ucun nəzərdə tutulmuşdur.


ƏLİHÜSEYN ŞÜKÜROV.