DİN qadına zorakılıq tətbiq edən polis əməkdaşlarının hərəkətinə münasibət bildirib-VODEO
12 İyun 2012 17:01 (UTC+04:00)
Daxili İşlər Nazirliyi (DİN)
iki polis əməkdaşının qadına qarşı zorakılıq tətbiq etməsini əks
etdirən video görüntüyə münasibət bildirib. DİN-in mətbuat
xidmətinin rəisi, polis polkovniki Sadiq GözəlovAPA-nın sorğusuna cavab
olaraq deyib ki, DİN belə halların baş verməsini birmənalı şəkildə
pisləyir: "Bu fakt ciddi şəkildə araşdırılır. Bizdə məlumat var ki,
həmin hadisə bir neçə ay əvvəl baş verib. Belə hərəkətə yol vermiş
şəxslər polis orqanlarında işləyə bilməzlər və onlar birmənalı
şəkildə daxili işlər orqanlarında xidmətdən xaric
ediləcəklər".
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və
mətbuatda iki polis əməkdaşının qadına qarşı təhqiramiz zorakılıq
tətbiq etməsini əks etdirən videogörüntü yayımlanıb.