Erməni əsir bu dəqiqələrdə qarşı tərəfə təhvil verilir

4 Mart 2014 14:32 (UTC+04:00)
Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşı Xocayan Mamika Tiqranoviçin hazırda öz ölkəsinə təhvil verilir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov ANS PRESS-ə açıqlamasında, əsirin geri qaytarılması üçün Komissiyya əməkdaşları Qazax rayonu ərazisində yerləşən təmas xəttinə getdiklərini söyləyib. Onun sözlərinə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməkliyi ilə həmin şəxsin verilməsi prosessi saat 14:00-a qədər yekunlaşacaq. Şahin Sayılov əsirin müqabilində əsir verilməsi məsələsinə də aydınlıq gətirib: "Hər iki ölkə arasında razılıq əldə edilib ki, əsirə görə əsir qaytarılmayacaq. Son 10 ildə belə şeylər edilmir. İki tərəfli razılıq var ki, əsir düşən təqdirə məsələyə aydınlıq gətirilir və geri qaytarılır. Müqabilində isə hər iki tərəf heç nə tələb etmir".