Mikayıl Cabbarovun vətəndaşlarla görüşəcəyi vaxt dəyişdirildi
4 Mart 2014 17:32 (UTC+04:00)
Təhsil naziri Mikayıl Cabbarovun vətəndaşlarla
görüşəcəyi vaxt dəyişdirildi. Movqe.az-ın Nazirliyin saytına
istinadən verdiyi məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin 2014-cü ilin mart ayında şəhər və rayonlarda
vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, nazir Mikayıl
Cabbarovun 17 mart 2014-cü il tarixində Goranboy, Daşkəsən, Göygöl,
Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər sakinlərini qəbulu
vaxtında dəyişiklik edilib. Belə ki, 11 mart 2014-cü il tarixində
saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Yeni Azərbaycan
Partiyası Goranboy rayon təşkilatının qərargahında Goranboy,
Daşkəsən, Göygöl, Samux, Xocalı rayon, Gəncə və Naftalan şəhər
sakinlərini qəbul edəcək. Qəbula
gəlmək istəyən vətəndaşlar 5, 6 və 7 mart 2014-cü il tarixlərində
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna
müraciət edərək və ya "Elektron müraciət" bölməsi
http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə
qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qaldırılan
məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.