Rus əsgərlərindən Ukrayna əsgərinə xəbərdarlıq atəşi

4 Mart 2014 17:50 (UTC+04:00)

Sevestapoldakı Belbek hərbi bazasının yaxınlarına gedən Rus əsgərlərinin , bölgədəki Ukrayna əsgərlərinə atəş açdığı iddia edilib.


Krım yarımadasında 400-ə yaxın rus əsgəri, Sevestapoldakı Ukraynaya aid Belbek hərbi əsasından təxminən bir kilometr uzaqda döyüşə hazırlaşır. 


Movqe.Az xəbər verir ki, Ukraynalı bir hərbi səlahiyyətli, Rus əsgərlərinin indiyə qədər onlarla təmasa keçmədiyini söyləyib. 


Bölgədə yaşayanlar, Belbek hərbi bazasının girişinə "Müharibə istəmirik" yazılı plakatlar və Ukrayna bayraqları asıb. Bazadakı Ukraynalı əsgərlərin sakit gözləyiş davam edir. 


 İddiaya görə Rus əsgərləri, hərbi bazaya doğru irəliləyən təxminən 300 Ukraynalını dayandırmaq üçün havaya xəbərdarlıq atəşi açıb.