"Formula 1" yarışları Bakıda keçiriləcək

5 Mart 2014 10:27 (UTC+04:00)

Çempionatın qran pri mərhələsinin 2015 və ya 2016-cı illərdə keçirilməsi planlaşdırılır

"Formula-1" maşınları yarışlarının çempionatının rəhbərliyi Berni Ekklstoun Qran pri yarışlarının Azərbaycanda keçirilməsi haqqında saziş imzalayıb. Bu barədə Britaniya mətbuatı yayıb. Bu 2015 və ya 2016-ci illərdə baş tutacaq. 


"Biz Azərbaycana gedirik. Orada 2015-ci ildə avtoyarışın keçirilməsi haqqında danışıqlar olacaq. Ola bilər ki, hələ çox tezdir, amma ehtimal var. Ehtimal ki, bu mərhələ 2016-cı iləd olsun". 


Qeyd edək ki, bu gün "Formula 1" çempionatı 19 mərhələdən ibarətdir. Lakin yaxın illərdə bu mərhələlərin sayını 22-yə çıxarmaq planlaşdırılır. 


Qran pri yarışlarının keçirilməsi üçün Azərbaycanla birgə Tailand, CAR, Yunanıstan, Argentina və Meksikanın da adı çəkilir. 


Bu il isə ilk dəfə olaraq "Formula-1" mərhələsi Rusiyada olacaq. Mərhələ oktyabrda Soçidə olacaq.