Xaçmazda avtomobil körpüdən çaya aşdı, sürücü öldü

5 Mart 2014 10:34 (UTC+04:00)

Xaçmaz rayonunda "Hyundai" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq körpüdən çaya aşıb.


Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış meyiti təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 04:50-də başa çatıb.