Ukraynadakı son vəziyyət

5 Mart 2014 11:06 (UTC+04:00)

BMT dövlət katibi Con Kerri və Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Ukrayna böhranınında yaranan gərginliyi azaltmaq üçün həlledici danışıqlara başlayacaq. Bu haqda Movqe.Az BBC-yə istinad edir. BMT Moskvaya təzyiq edərək qoşunlarını Ukraynanın Krım bölgəsindən çəkməyə çağırıb. Kəskin fikir ayrılıqları olmasına baxmayaraq hər iki tərəf d danışıqlara bağlamağa üstünlük verib. Moskva hələ də Ukraynanın muxtar cənub vilayətini nəzarətində saxlamaq istəyir. Bütün gecə Krımda ordu döyüşə hazır vəziyyətdə dayansa da heç bir qarşıdurma halı yaşanmayıb. Həftənin əvvəlində gərginlik pik həddə çatmışdı. Rusiya Ukraynanın şərqində yaşayan rudilli əhalini müdafiə edəcəyi xəbərdarlığını etmişdi. Onun bu davranışı dünya dövlətlərinin qınağına tuş gəlib.

Bundan əlavə NATO və Rusiya Brusseldə danışıqlara başlayacaq. NATO rəhbəri Anders Foq Ramussen Ukraynanın suverenliyi və ərazi bütövlüyü üçün mübarizəni davam etdirəcəklərini söyləyib.

Avropa Birliyi siyasi rəhbəri Ketrin Aşton yeni hökümətlə danışıqlara başlamaq üçün Kiyevə getməyə hazırlaşır. Rusiya isə qitələrarası ballistik nüvəni çərşənbə axşamı uğurla sınaqdan keçirdiyini bildirib.