Novruz Məmmədov mətbuatda yazılanlara aydınlıq gətirdi

13 İyun 2012 10:00 (UTC+04:00)

Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov ANS-ə Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Bakıda ölkə rəhbərliyi ilə görüşləri zamanı müzakirə olunan məsələləri şərh edib. Novruz Məmmədov bir sıra mətbuat nümayəndələrini bazar günü efirə gedən "Hesabat" proqramındakı açıqlamasını təhrif edərək Azərbaycan əleyhinə kampaniya aparmaqda ittiham edib. PA-nın şöbə müdiri Novruz Məmmədovun sözlərinə görə, ABŞ dövlət katibi, xanım Klintonla Azərbaycan prezidentinin görüşü-lanç zamanı Xədicə İsmayılova və İdrak Abbasov haqqında söhbət gedib: "Xədicə ilə bağlı ABŞ-ın mövqeyi budur ki, Azərbaycanın tutduğu mövqeyi alqışlayırlar. İdrak Abbasovla bağlı söhbət isə ondan gedib ki, o zaman bununla bağlı məsələyə neft şirkətinin nümayəndəsi mövqe bildirib. Lakin bu gün bunu hərə bir cür yozaraq bu məsələni elə səviyyəyə qaldırmaq istəyir ki, Azərbaycanla ABŞ arasında bir gərginlik yaratsınlar. Belə niyyətlər düzgün niyyətlər deyil".