Azərbaycanda Suriyada təlim keçən dini qruplaşmanın üzvləri saxlanılıb
5 Mart 2014 11:58 (UTC+04:00)
Azərbaycanda ötən il keçirilən əməliyyatlar nəticəsində Suriyada
xüsusi təlim keçmiş terror-təxribat xarakterli cinayətlər törətmək
niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri
saxlanılıblar.
Movqe.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2013-cü
ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd
olunub.Məlumatda qeyd olunub ki, məqsədyönlü əks-kəşfiyyat və
antiterror tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və
müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və hərbi
ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər
törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri
saxlanılıblar.Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin
istintaqı aparılır.