Pasportlar 1 aya yox 10 günə alınacaq

12 İyun 2012 22:29 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişikliklər edilib.

 Dəyişikliklərə görə, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində verilməlidir.

Həmçinin də, qanunda 3 yaşa kimi uşaqlara pasport verilməsinə görə heç bir dövlət rüsumunun alınmaması, 3 yaşdan yuxarı uşaqlara görə isə böyüklər üçün nəzərdə tutulan rüsumdan daha aşağı nəzərdə tutlmalıdır.

Qeyd edək ki, ümumvətəndaş pasportlarının 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara verilməsi təklif olunub. Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illlik müddətə verilməsi nəzərdə tutulur.

Yeni qəbul ediləcək sənəddə qeyd olunur ki, xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq.

Türkan Nadirqızı

Movqe.Az