Çoxlu miqdarda protein qəbulu siqaretdən zərərlidir

5 Mart 2014 12:34 (UTC+04:00)

Yeni tədqiqatlara görə gündə 4 dəfə proteinlə zəngin qidalar qəbul edən orta yaşlı insanlarda xərçəngdən ölmək riski daha çoxdur. Bu haqda Movqe.Az "independent"ə istinad edir. Alimlərin fikrinə görə, gündə çox miqdarda proteinlə zəngin qida qəbulu gündə 20 siqaret çəkməyə bərabərdir. Tədqiqat "cell" jurnalında yayımlanıb. 20 il müddətində minlərlə insanların maddələr mübadiəsi izlənilib. "Yüksək miqdarda ət məhsulundan əldə edilən protein sağlamlığınıza siqaretdən daha pis təsir edir" bu sözləri Cənubi Kaliforniya Universitetinin həkimi Volter Lonqo "Daily Telegraphy" a istinadən deyib. Zəngin protein dedikdə 20 faiz protein kalorisi nəzərdə tutulur. Həkimlər isə orta yaşlı insanlar üçün hər kiloqam bədən çəkisinə gün ərzində 0.8 qram protein məsləhət görür.