Vaşinqton həyəcan təbili çalır

5 Mart 2014 13:16 (UTC+04:00)

Ukrayna Donanmasına aid "Hetman Sahaidachny" adlı gəmi dünən İstanbul boğazından keçib. 


Movqe.Az xəbər verir ki, Rusiya Dövlət Başçısı Vladimir Putini Ukraynaya müdaxilədən əl çəkməyəcəyini və Rus əsgərlərinin Krımdakı hərbi bazaları əhatə edərək işğal etdiyini qəbul edən Vaşinqton rəhbərliyi, bu yeni beynəlxalq böhrana "diplomatik" həll axtarır. Ağ Evdə təcili olaraq vəziyyəti qiymətləndirən ABŞ prezidenti Barak Obama, ilk mərhələdə Rusiya ilə hərbi və ticarət razılaşmalarını təxirə salıb. "Putin bir çox şey söyləyə bilər, amma regiondakı həqiqətlər Rusiyanın prinsiplərinə uyğun gəlmədiyini göstərir" deyən Obama, xarici işlər naziri Con Kerini də Ukraynaya göndərib. Keri, "Rusiyanın aqressiv rəftarını qınayıram" deyə bildirib.