Azərbaycanda 100 vəzifəli şəxs korrupsiyaya görə cəzalandırılıb

5 Mart 2014 13:31 (UTC+04:00)
2013-cü ildə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 66 fakt üzrə 100 əməkdaş intizam qaydasında cəzalandırılıb. Movqe.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda deyilir. Onların 78-i xidmətdən xaric olunub.
Faktlara görə, 20 nəfər tutduğu vəzifədən azad edilib, 2 nəfərə digər intizam tədbirləri tətbiq edilib. Ötən il ərzində korrupsiya, süründürməçilik və digər sui-istifadələrlə bağlı bütövlükdə 2939 müraciət daxil olub.