Azərbaycanda qəzalı vəziyyətdə olan evlərin sayı açıqlandı

5 Mart 2014 14:02 (UTC+04:00)
2012-ci ilin may ayının ölkənin şimal qərbində baş verən zəlzələnin nəticələrinin aradan qaldırıması işləri davam etdirilir. Movqe.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda deyilir. Hesabatda bildirilir ki, 2013-cü il komissiyalar tərəfindən 58338 fərdi evə, 302 kommunal yaşayış binasına, 516 ictimai əhəmiyyətli sosial obyektə baxış keçirilib. Onlardan 5848 fərdi evin, 90 kommunal tipli çoxmənzill yaşayış binasının və 127 ictimai sosial obyektin qəzlı vəziyyətdə olduğu müəyəyn edilib