5 min 500 Ukraynalı hərbiçi tərəf dəyişdirdi

5 Mart 2014 17:20 (UTC+04:00)

Krım parlamenti tərəfindən keçən həftə baş nazirliyə gətirilən Sergey Aksyonov, 5 min 500-dən çox Ukrayna əsgərinin Krım Muxtar Respublikası sıralarına keçdiyini bildirib. 

  

RIA Novosti xəbərinə görə Baş nazir Aksyonov, ölkəsindəki birlik başçılarının etdikləri danışıqlar nəticəsində çox sayda Ukrayna əsgərinin müstəqil Krım ordusu sıralarına qatıldığını söyləyib. 


Bir Krım hökumət səlahiyyətlisi də, "Krımdakı  34 Ukrayna hərbi birliyindən 23-ü bizim tərəfimizə keçib" deyib. 


Movqe.Az xəbər verir ki, Krımdakı hərbi birlikləri mühasirəyə alan Rus birlikləri Ukraynalı əsgərlərdən təslim olmasını istəyir. 


Rusiya Dövlət Başçısı Putin, Ukraynalı əsgərləri əhatəyə alanların Rus hərbiçiləri deyil, Krım özünümüdafiə birlikləri olduğunu iddia edir. Ukrayna isə bu birliklərin Rus xüsusi qüvvələri olduğunu müdafiə edir.