Bu günə gözlənilən hava şəraiti
13 İyun 2012 12:12 (UTC+04:00)
Movqe.Az xəbər verir ki,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya
Departamentinin məlumatına görə Bakıda
və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz
keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə
əvəz olunacaq.
Havanın temperaturunun gecə 16-21, gündüz 31-36
dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun
temperaturunun Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan,
Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti
olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə iyunun
13-də hava şəraitinin əsasən yağmursuz
keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 17-22, gündüz 33-38,
dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı
gözlənilir.
Tibbi-meteoroloji proqnozlara görə
iyunun 13-dən 16-dək Abşeron yarımadasında
sabit hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi
meteohəssas insanlar üçün əsasən əlverişlidir. Bununla yanaşı
gündüz saatlarında isti diskomfort şərait gözlənilir.