Bakıda yeni avtomobil yolu tikilir

6 Mart 2014 09:30 (UTC+04:00)
Paytaxtımızda yeni avtomobil yolu istifadəyə veriləcək.Bakı şəhərinin Nobel prospektinə paralel olan dənizkənarı ərazidə 8 hərəkət zolaqlı yeni avtomobil yolunun inşası davam etdirilir.Avtomobil yolunun tikintisini həyata keçirən "Azvirt" MMC-dən bildiriblər ki, layihədə yol qovşaqlarının, mühəndis qurğularının və yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub.Yolun ümumi uzunluğu 2 kilometr, hərəkət zolağının eni isə 3,75 metr təşkil edəcək. Burada həmçinin 4 piyada keçidi də inşa olunacaq.
Layihə üzrə tikinti işlərinin bu il tamamlanması planlaşdırılır.