Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakı-Sumqayıt yolunda və
əks istiqamətdə avtomobil nəqliyyatı vasitələrinin hərəkətində
yaranan problemlərin aradan qaldırılması üzrə iş aparır. Bunu
Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev
deyib.Onun sözlərinə görə, hazırda Bakı-Sumqayıt yolunun 9-cu
kilometrində yeni yolötürücünün tikintisi aparılır, yeni ikizolaqlı
yol çəkilir və avtomobillərin istənilən istiqamətə hərəkət etməsi
üçün dairə tikiləcək.Bu işlər Bakı-Sumqayıt avtomobil yolunun
buraxılış qabiliyyətini artırmağa imkan verəcək. Bundan başqa, yeni
yolun inşası sayəsində hərbi hissədən (bu yolda yerləşən) yol
polisi postuna çıxış təmin ediləcək.Əks istiqamətdə də xeyli işlər
görülür. Xüsusilə Sulutəpə-Xocasən-Biləcəri yolunun (1,5 kilometr)
4 zolaqdan 8 zolağadək (hər istiqamətdə 4 zolaq olmaqla)
genişləndiriməsi işləri görülür. Həmçinin, burada uzunluğu 110 metr
olan yeni 3 zolaqlı yolötürücünün inşası aparılır.Bu işlər başa
çatdırıldıqdan sonra Sumqayıtdan hərəkət edən avtomobillər Xocasən
və Biləcəri istiqamətində hərəkəti davam etdirə, "Şamaxinka" kimi
tanınan ərazidən şəhərə daxil ola, Bakı-Şamaxı yolu, avtovağzal və
atıcılıq kompleksi istiqamətində (gələcəkdə birinci dairəvi
avtomobil yoluna çıxmaq) hərəkət edə biləcəklər. ASC işlərin başa
çatma tarixini açıqlamır.