Ruhi ad gününü həbsxanada keçirəcək

6 Mart 2014 10:41 (UTC+04:00)

Martın 8-də "Özünə bax" layihəsinin siması Ruhi Əliyevanın ad günüdür. 


Axşam.az-ın məlumatına görə, Ruhi həmin günü Xətai rayonu ərazisində yerləşən qadın cəzaçəkmə müəssisəsində keçirəcək. Bu haqda müxbirimizlə söhbətində prodüser Tolik məlumat verib: 


"Həmin gün Ruhi xanımın təşəbbüsü ilə təcridxanada konsert təşkil olunacaq. Konsertdə Elton Hüseynəliyev öz ansamblı ilə birlikdə çıxış edəcək. Eyni zamanda İntiqam və Ehtiram qardaşları da mərasimə qatılacaq. Tədbirin aparıcısı Rüfət Ağayevdir. Bu, Ruhi xanımın 8 Mart günü münasibətiylə hədiyyəsidir. O, öz doğum gününü məhbus xanımlarla birlikdə keçirmək istəyir".