Bakıda 24 yaşlı qadından dəhşətli əməl

6 Mart 2014 11:15 (UTC+04:00)
Ötən gün saat 18:50-də Bakının Nəsimi rayonu ərazisində intihar hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsi 20-ci polis bölməsindən ANS-ə verilən məlumata görə, hadisə Yusifbəyli 25 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 24 yaşlı Səmayə Həsənzadə özünü evdə asıb. Onun meyidi yaxınları tərəfindən tapılıb. Araşdırmalar zamanı məlum olub ki, qadın intihar edib. Hələlik intiharın səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.