O, məni əxlaqsız adlandırdı - Qalmaqal
6 Mart 2014 11:02 (UTC+04:00)
Meyxanaçı, müğənni Samirə və müğənni Lalə Dadaşova arasında olan
gərgin münasibət, dava-dalaş sülhlə nəticələnib. Tərəflər canlı
yayımda öpüşüb-görüşsələr də, lakin hal-hazırda yenidən bir-biri
ilə danışmırlar. Mövqe.az-a bu barədə məlumat verən mənbə onu da
bildirir ki, tərəflər yenidən düşmən münasibətini davam etdirir. Və
canlı yayımda göstərilənlər sadəcə bir şou idi. Məsələni
aydınlaşdırmaq üçün meyxanaçı Samirə ilə əlaqə saxladıq : " Bəli,
biz canlı yayımda düzdü görüşdük, barışdıq. Amma elə oradaca hər
şey bitdi. Ürəyimdəki ürəyimdə... Allahından bilsin. O, məni
əxlaqsız adlandırdı. Allahdan qorxmadı. Mən heç vaxt o
təhqirləri, söyüşləri unutmaram və bağışlamaram. Allah keçsin
günahından. Mən ondan qorxmuram. Sadəcə xanımlığıma yarşmaz ki,
məhkəmə-məhkəmə gəzim. Əsəb, stress, gərginlik xəstə canıma lazım
deyil".
Xatırladaq ki, Lalə Dadaşova Samirəni əxlaqsız, çoxsaylı 20
yaşlı "lyubovnikər"i olan biri kimi qələmə vermişdi. Müğənni
meyxanaçını hər kəs qarşısında əxlaqsız qadın adlandırmışdı və
bildirmişdi ki, məhz bu səbəbfən onunla iş birliyinə son
qoyub.