Yüksək Texnologiyalar Parkı şirkətlərə təlim kursları keçirəcək

6 Mart 2014 15:07 (UTC+04:00)

Yüksək Texnologiyalar Parkı Azərbaycanın bütün iddialı şirkətlərini qlobal satış strategiyalarını aşılayan "İdeyaların bazara çıxarılması" və "Qlobal iddialar, qlobal satış" mövzularında təşkil olunacaq təlim kursları təşkil edir. Nazirlikdən Movqe.az-a verilən xəbərə görə, təlimlər biliklərə əsaslanan Azərbaycan iqtisadiyyatının artımının dəstəklənməsinə yönələn proqramın bir hissəsi olaraq "YT Park" Azərbaycan tərəfindən təşkil edilib. Təlim kurslarının məqsədi  Azərbaycan şirkətlərinə beynəlxalq səviyyədə öz məhsullarının satışını  və  xidmətlərini təklif etmələri üçün təsirli strategiya formalaşdırmağa, erkən mərhələdə beynəlxalq səviyyədə rəqabət aparmaq üzrə bacarıqlarını artırmağa kömək etməkdir. Kurslar Texnoloji Sahibkarlıq Mərkəzinin Massaçusets İnstitutunun təsisçisi və icraçı direktoru, hazırda Barselonada yerləşən "ESADE" Biznes məktəbində fəaliyyət göstərən professor Kennet P.Morse tərəfindən aparılacaq. K.Morse dünya üzrə 10.000-dən artıq sahibkar üçün təlim proqramlarını və  20-dən artıq  ölkədə seçilmiş yüksək potensiallı şirkətlər və aparıcı rəhbərlər üçün beynəlxalq səviyyədə akselerator proqramının təlimini  də həyata keçirib. Təlim kursları  2014-cü il  10  mart  və 14-15 aprel tarixlərində Bakı  şəhərində (Nizami küç., 203b, "AF Business House", 3-cü mərtəbə) keçiriləcəkdir.