Azərbaycanlı müğənni "abort" edən kəsləri sərt tənqid etdi
6 Mart 2014 15:20 (UTC+04:00)
Müğənni Roza Zərgərli uşaqlarını doğulmamış tələf edən insanlardan
naraçılıq edib. Mövqe.az xəbər verir ki, müğənni aborta qarşı
çıxdığını bildirərək, bunu insanlığa sığmayan bir hərəkət
adlandırıb: "Çox müsbət sosial layihə haqda məlumat oxudum. Əməkdar
artistimiz Hüsniyyə Mürvətova sosial aksiyada rol alaraq, aborta
qarşı çıxıb. Təbii ki, hər bir dində də bu günahdır və ümumiyyətlə
insanlığa sığmaz bir şeydir. Əlavə fikirlər yazardım, sadəcə
sabahsı gün mediada adımla birlikdə bunu başlığa yazacaqlar. Məncə
cəmiyyətimizdə bu layihə daha böyük çərçivədə tətbiq olunmalıdır
ki, bu cür hallar azalsın.
Eyni zamanda bir çox ölkələr, məsələn ABŞ-da abort rəsmən
qadağandır və cinayət hesab olunur. Çox yaxşı olardı ki bizdə də bu
qadağa olsun ki, insanlar əməllərinə daha çox cavabdeh
olsunlar.
Ancaq böyük problemlərdən biri də odur ki, əslində çox uşaq sevən
və uşağın olmaması ilə bir çox hallarda kompleks daşıyan Azərbaycan
ailələrində övlad etmə o qədər də çox qəbul olunmur. Belə olsa idi,
uşaq evlərimizdə uşaq qalmazdı.
Bəzən Amerika cəmiyyətinin pis tərəflərini qabardıb, ancaq yaxşı
tərəflərini görmürük. Çox müsbət haldır ki o cəmiyyətdə bir çox
ailələr, öz evladları olsa belə insanlıq xatirinə uşaq evlərində
evlad edirlər. Hətda evlad etmə o dərəcəyə çatıb ki, öz
ölkələrindən əlavə xarici dövlətlərdən də uşaq evlad edirlər.
Amerika ailələrində Russiyadan, Kitaydan... yəni milliyətindən,
dərisinin rəngindən asılı olmayaraq insaniyyət xətrinə evlad
edilmiş uşaqlar görmək çox adiləşib.
Bu cür layihə üçün əməkdar artistimiz Hüsniyyə Mürvətovaya sonsuz
təşəkkürümü bildirirəm.
Qeyd edək ki, şou əhli arasında Roza Zərgərli xeyriyyə
aksiyalarına daha çox qoşulan müğənni kimi seçilir. Bəzi
həmkarlarından fərqli olaraq müğənni müxtəlif bəhanələrlə bu cür
tədbirlərdə iştirakdan yayınmır.