Bakı-Sumqayıt yolunda mikroavtobus və iki minik maşını toqquşub

6 Mart 2014 19:00 (UTC+04:00)

Sumqayıt yolunda ağır yol qəzası baş verib.


APA-nın məlumatına görə, hadisə Saray postunun yaxınlığında qeydə alınıb.

 

İşində sərnişinlər olan "Ford" markalı mikroavtobus "Mercedes" və "Lexus" markalı minik maşınları ilə toqquşub.

 

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.