Bir qadını zorlayan iki kişiyə hökm oxundu
6 Mart 2014 19:33 (UTC+04:00)
Stavropol vilayətində bir qadını zorlanmaqda ittiham edilən iki
kişiyə hökm oxunub. ANS PRESS-in məlumatına görə, məhkəmə
istintaqın təqdim etdiyi sübutları tanıyaraq 39 yaşlı Dmitri
Şestakov və 44 yaşlı Valeri Fedoseyev haqqında həbs qərarı
çıxarıb.İstintaqa və məhkəməyə müəyyən edib ki, Şestakov və
Fedoseyev 15 avqust 2013-cü ildə danışıq təklif edib, dilə tutaraq
yerli sakini öz evindən çıxarıblar. Sonra isə onu avtomobillə
adamsız yerə gətirərək təcavüz ediblər. Qadını növbə ilə
zorlayıblar, həmçinin ona qarşı seksual xarakterli hərəkətlər
tətbiq ediblər. Məhkəmə həm də müəyyən edib ki, cinayətkarlar 19
avqust 2013-cü ildə bu qadının cinsi azadlığına qarşı eyni cinayəti
təkrar həyata keçiriblər. Məhkəmənin çıxardığı qərara görə Şestakov
ciddi islah koloniyasında keçirməklə 7 il 3 ay, Fedosev isə ümumi
islah koloniyasında keçirməklə 7 il azadlıqdan məhrum edilib.