Aygün və Natəvanı kim barışdırmaq istədi ?

7 Mart 2014 11:09 (UTC+04:00)
Müğənni Natəvan Həbibi və xalq artisti Aygün Kazımova arasında olan küsülülük hələ də davam edir. Mövqe.az xəbər verir ki, müğənni Elton Hüseynəliyev hər iki müğənni ilə dostluq edir. Elton Hüseynəliyev müğənnilərin barışığını cəhd etsə də deyəsən istəyi baş tutmayıb : " Mən kişiyəm. Hər iki xanım dostumdu, hər ikisinə də hörmətim var. Bəli barışmaqlarını istəmişəm. Amma yenə də özləri bilərlər. Artıq bu mənlik deyil".


Xatırladaq ki, xalq artisti Aygün Kazımova və müğənni Natəvan Həbibi neçə illərdir ki, küsülüdür. Cütlüyün mübahisəli münasibəti isə "Nömrə 1" yarışmasından sonra başlayıb.