Azərbaycanlı xanəndə Amerikadakı festivalda

7 Mart 2014 13:28 (UTC+04:00)

Xanəndə Qocaq Əsgərov Texasda keçiriləcək "Amerika Cənub-Qərb Dünya Musiqisi Festivalı"ında Azərbaycanı təmsil edəcək. Mövqe.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi musiqiçi heyətinin dünya miqyaslı festivalda iştirakına dəstək göstərib. Qocaq Əsgərov martın 10-da yola düşəcəklərini bildirib.

Xatırladaq ki, festival təşkilatçıları azərbaycanlı xanəndənin külliyatı ilə tanışlıqdan sonra onu iştirakçılar arasında görmək istədiklərinin rəsmi şəkildə bildirib. Musiqiçilərimiz martın 12-də geniş konsert proqramı ilə çıxış edəcək. Daha bir konsert isə növbəti günlərə planlaşdırılıb. Təmsilçilər arasında iki konsert azərbaycanlıların payına düşüb.