Neftçalada avtomobil Kür çayına düşüb, 1 nəfər ölüb

8 Mart 2014 10:03 (UTC+04:00)

Neftçala rayonu, Cəngan kəndi ərazisində Kür çayına "VAZ" markalı minik avtomobili düşüb.

Hadisə yerinə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri avtomobilin və həmin nəqliyyat vasitəsinin sürücüsünün 1977-ci il təvəllüdlü Nəcəfov Şamil Fazil oğlunun cəsədini sudan taparaq çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini təmin ediblər.