Krım hökuməti: “Sevastopolda hərbi bazaya hücum olmayıb”

8 Mart 2014 10:15 (UTC+04:00)

Krımın yeni baş naziri Sergey Aksyonov Sevastopolda hərbi bazaya hücum olduğunu inkar edib.


Bu barədə Aksyonov televiziya vasitəsi ilə açıqlama verib.

Onun sözlərinə görə, hərbi hissəni ələ keçirmə cəhdləri olmayıb. "Mən bu dəqiqə oraya zəng etdim, heç bir hücum olmayıb, vətəndaşların təhlükəsizliyinəhər hansı təhdidyoxdur", - deyə Aksyonov bildirib.

Bundan əvvəl, Ukraynanın müdafiə nazirliyi və bir sıra yerli KİV-i Sevastopolda rus hərbçiləri tərəfindən hərbi hissəyə hücumhaqqında məlumat yayıblar.