Donald Tusk: “Ukrayna Avropa Birliyi ilə assosiativ Sazişin siyasi hissəsini bir aydan sonra imzalayacaq”

8 Mart 2014 11:35 (UTC+04:00)

Polşanın baş naziri Donald Tusk tezliklə Ukrayna və Avropa Birliyi arasında assosiativ Sazişin siyasi hissəsinin imzalanacağını bəyan edib.


Bu barədə D.Tusk Avropa Şurası və Avropa Xalq partiyasının toplantısından sonra Polşa radiosuna bildirib.

"Hamı yekdilliklə qərara gəldi ki seçkiləri gözləmədən assosiativ Saziş imzalanmalı və hazırkı hökumətin legitimliyi tanınmalıdır. Bunun mart-aprel aylarında baş tutacağınıgüman edirəm", - deyə Tusk bildirib.

Polşanın hökumət başçısı bu ərəfədə Kiyevə səfər edəcəyini də istisna etməyib.

Eyni zamanda, Donald Tusk Krımda keçiriləcək referendumun qanuna zidd olduğunu və Ukraynanın suverenliyini pozduğunu qeyd edib.